Exchange Rate of the Day
(01 Dec, 2025)
  • XAU: 4024.8605 AZN
  • USD: 1.7 AZN
  • EUR: 1.8411 AZN
  • GBP: 2.1774 AZN
  • RUB: 0.0194 AZN
  • TRY: 0.052 AZN
Ilham Aliyev We believe that trust needs to be earned over years, and it can be lost with one wrong step.
Elektron əmtəə-nəqliyyat qaiməsinin təqdim edilməsi haqqında

Avtomobil nəqliyyatı vasitəsilə əmtəə təyinatlı yüklərin daşınmasına görə elektron əmtəənəqliyyat qaiməsini və yük avtonəqliyyatı üçün elektron yol vərəqini tərtib etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

Əmtəə-nəqliyyat qaiməsi avtomobil nəqliyyatı ilə əmtəə təyinatlı yüklərin ölkədaxili daşınması zamanı rəsmiləşdirilən sənəddir.

Bu sənəyükgöndərənlə daşıyıcı arasında müqaviləni, daşıyıcı tərəfindən yükün daşınmaya qəbul olunmasını, yükalan tərəfindən yükün qəbul edilməsini təsdiq edir.

Əmtəə-nəqliyyat qaiməsində yükalanın ünvanı, yükün çatdırılma yeri, miqdarı, qabı, tərkibi və brutto çəkisi, göndərilmə vaxtı, avtonəqliyyat vasitəsinin növü və digər məlumatlar qeyd olunur.

Əmtəə-nəqliyyat qaiməsinin və yol vərəqinin tərtib edilməsi ilə bağlı elektron xidmə1 mart 2024-cü ildən etibarən tam istifadəyə verilmişdir.

Xidmətdən istifadə etmək üçün https://e-xidmet.ayna.gov.az/ portalına daxil olaraq, “Elektron əmtəə-nəqliyyat qaiməsi” bölməsini seçməli və ya “E-ƏNQ sürücü mobil tətbiqi” bölməsini seçməklə EƏNQ Tətbiqini yükləyə bilərsiniz.

Əmtəə təyinatlı yüklərin elektron əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilmədən daşınmasını həyata keçirəcəyiniz halda 40 manat məbləğində maliyyə sanksiyasına məruz qala bilərsiniz.

Yuxarıda qeyd edilənlər Vergi Məcəlləsinin 16.1.11.10-cu maddəsi, İnzibati Xətalar Məcəlləsinin 323-cü maddəsi, “AYNA informasiya sistemi haqqında Əsasnamə” ilə və Nazirlər Kabinetinin 2023-cü il 4 oktyabr tarixli 355 nömrəli Qərarı ilə tənzimlənir.

İnformasiya mənbəyi www.taxes.gov.az saytına istinad edir.